Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyadakı kürdlər İŞİD-çiləri azad edir

Suriyanın şimalındakı kürd silahlı birləşmələri bəyan ediblər ki, əgər regionda vəziyyət nəzarətdən çıxarsa, əsir götürdükləri yüzlərlə (3 mindən çox) İŞİD terrorçusunu daha həbsdə saxlaya bilməyəcəklər

Bu barədə Suriyadakı silahlı kürdlərin liderlərindən biri olan İlham Əhməd Parisdə keçirilən konfransda bəyan edib.

“Türkiyə dövlətinin təhdidi altında olaraq və İŞİD-in yenidən dirçəlmə ehtimalını nəzərə alaraq, qorxuram ki, vəziyyət nəzarətdən çıxacaq və biz daha əsir aldığımız terrorçuları saxlaya bilməyəcəyik” – Əhməd xəbərdarlıq edib.

Onunla birgə çıxış edən Suriya Demokratik Qüvvələri Şurasının həmsədri Riad Darar isə ABŞ qoşunlarını Suriyadan çıxardıqdan sonra Fransadan kömək istəyərək, Parisin daha aktiv rol oynayacağına ümid edib.

Konfransdan bir qədər əvvəl Əhmədlə Darar Fransa prezidenti Emmanuel Makronun məsləhətçilri ilə görüşərək Trampın ABŞ hərbi qüvvələrini Suriyadan çıxarmaq qərarını müzakirə ediblər.

Qeyd edək ki, Suriyada İŞİD-ə qarşı vuruşan beynəlxalq koalisiyanın tərkibində Fransanın 200 xüsusi təyinatlı hərbçisi var. Həmçinin, Fransa Suriyaya hava zərbələri endirir.

Xatırladaq ki, 19 dekabrda ABŞ prezident Donald Tramp İŞİD-i məğlub etdiklərinə görə artıq Suriyada qalmaqları üçün bir səbəb olmadığından ABŞ qoşunlarının oradan çıxarılması barədə qərar qəbul edib. Daha sonra isə Ağ Ev açıqlama yayaraq ABŞ hərbçilərinin Suriya ərazisindən çıxarılma prosesinə başlanıldığını deyib. “Reuters” isə bildiirb ki, amerikalı hərbçilər 60-100 gün arasında Suriyadan tamamilə çıxarılacaq.(Azvision.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay